KİV: Abdullah Gül yeni yaradacağı partiyaya erməni əsilli bu şəxsi də cəlb edir - FOTO


Türkiyədə Əli Babacan rəhbərliyində yeni siyasi partiya yaratmaq üzərində işləyən eks prezident Abdullah Gül, məşhur iqtisadiyyatçı Daron Acemoğlunu da partiyanın qurucuları siyahısına daxil etmək niyyətindədir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda ABŞ-da fəaliyyət göstərən D. Acemoğlu dünyanın ən qabaqcıl iqtisadiyyatçılarından biri kimi tanınır.
D. Acemoğluna prezident olarkən mükafat verən A. Gül yeni partiyanın fəaliyyətində də onun iqtisadi biliklərindən istifadə etmək istəyir.
Ə. Babacan rəhbərliyində aparılan yeni partiyanın yaradılması işlərinin arxa planında isə A. Gül, Haşim Kılıç, Sadullah Ergin, Beşir Atalay və Fehmi Koru kimi tanınmış şəxslər var. Kollektiv partiyanın yaradılmasında həm də tanınmayan şəxslərin də yer almasını istəyir.
D. Acemoğlu da Türkiyədə çox tanınmır. 2013-cü ildə A. Gül prezident olarkən ona "Mədəniyyət və İncəsənət" mükafatını təqdim etmişdi. Mükafatı şəxsən prezidentdən alan Acemoğlu "Dünyanın ən çox istinad edilən 10 iqtisadçısı" siyahısında yer alır. O həmçinin, dünyanın ən prestijli univeristetlərindən olan fəaliyyət göstərir. Erməni əsilli ailənin övladı olan Acemoğlu, Turqut Özal iqtidarı zamanında nazir İsmail  Özdağların qızı ilə evlənmişdi.

DİGƏR XƏBƏRLƏR

Top