İmamoğlu bu tarixdən vəzifələrinin icrasına başlayacaq


Qeyri-rəsmi nəticələrə görə İstanbulun yeni bələdiyyə sədri seçilən Əkrəm imamoğlunun vəzifələrinin icrasına başlayacağı gün bəlli olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyindən məlumat verilib. Məlumatda təhvil-təslim mərasiminin sabah yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 19:30) Saraçhanədə, İstanbul Bələdiyyəsinin yerləşdiyi binada keçiriləcəyi deyilir.
Qeyd edək ki, 31 mart seçkilərinin nəticələrinin ləğv edilməsindən sonra İstanbul bələdiyyəsinə müvəqqəti olaraq İstanbul valisi Ali Yerlikaya rəhbərlik edirdi.

DİGƏR XƏBƏRLƏR

Top