Pompeo: "İran terrorun əsas sponsorudur"


ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, Hindistanın xarici işlər naziri Subramaniam Ceyşankar ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
M.Pompeo görüşdə sonra İranı terrorun əsas qlobal sponsoru adlandırıb. Onun sözlərinə görə, İran dünyada terrorun ən böyük sponsorudur: "Bu, yalnız Yaxın Şərq üçün deyil, eyni zamanda bütün dünya üçün təhlükədir".
O, əlavə edib ki, ABŞ və Hindistanın ümumi məqsədi “enerji qiymətlərinin düzgün səviyyədə olmasını” təmin etməkdir: “İyunun 13-də Umman körfəzində İngiltərəyə məxsus 2 tankerdə güclü partlayış oldu. ABŞ bu hadisədənin arxasında İranın olduğunu bilir. Tehran isə bu ittihamları qəbul etmir”.
 

DİGƏR XƏBƏRLƏR

Top