"Dünyanın ən yaxşı restoranı" bəlli olub - ilk onluq - FOTOLAR


Fransanın cənubundakı Menton şəhərində yerləşən "Mirazur" dünyanın ən yaxşı restoranı adına layiq görülüb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Sinqapurda keçirilən təltifetmə mərasimində bu ada layiq görülən restoran argentinalı aşpaz Mauro Kolaqreko tərəfindən idarə olunur. Bu məkan özünəməxsus bir sıra təamlarla yanaşı, həm də balıq kürüsündən hazırlanmış kremlə təqdim olunan çuğundur yeməyi ilə məşhurdur.

"Dünyanın ən yaxşı restoranı" müsabiqəsi 2002-ci ildən etibarən keçirilir və "Michelin"dən sonrab(bir çox kriteriya nəzərə alınmaqla keyfiyyət standartlarına görə restoranla ulduzların təqdim edildiyi müsabiqə) bu sahədə verilən ən prestijli mükafat kimi qəbul edilir. Hər il ən yaxşı 50 restoranın müəyyən edilməsində bu sahədə ixtisaslaşmış 1000-dən çox mütəxəssin rəyi alınır.
"Mirazur"un bu pilləyə qalxmasına isə bir çox amil təsir edib. Belə ki, bu restoranın özünə aid üç hissədən ibarət bostanı var və bütün sifarişlər buradan yığılan təzə məhsullarla hazırlanır.
2006-cı ildən fəaliyyət göstərən restoranın 3 "Michelin" ulduzu da var.

Bəzi mütəxəssislər isə siyahının hazırlanmasında dəqiq kriteriyaların olmamasını tənqid edir.
Siyahının ilk onluğu isə aşağıdakı kimidir:
1. "Mirazur", Menton (Fransa)
2. "Noma", Kopenhagen (Danimarka)
3. "Asador Etxebarri", Axpe (İspaniya)
4. "Gaggan", Banqkok (Tailand)
5. "Geranium", Kopenhagen (Danimarka)
6. "Central", Lima (Peru)
7. "Mugaritz", San-Sebastian (İspaniya)
8. "Arpege", Paris (Fransa)
9. "Disfrutar", Barselona (İspaniya)
10. "Maido", Lima (Peru)

DİGƏR XƏBƏRLƏR

Top