Vertolyotumuzu vurmaqla hədələdi - ermənilər "Vur Komandir Vur" yazaraq öz generallarını ələ saldılar - VİDEO

 
İşğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı rejimin başçısı Bako Saakyan bu gün general-leytenant Arşavir Qaramyanı "Təhlükəsizlik Şurası"nın sədri təyin edib.
Yeniavaz.com xəbər verir ki, Arşavir Qaramyan 1-ci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən seperatçılar arasında yer alıb. Şuşanın işğalında iştirak edib. Seperatçı rejimdə "Baş prokuror", "Təklükəsizlik xidmətinin" direktoru kimi vəzifələr daşıyıb. Sonuncu vəzifəsi Bako Saakyanın xüsusi məsələlər üzrə müşaviri olub.
Məlumat üçün bildirək ki, təxminən 10 gün əvvəl Arşavir Qaramyan sosial şəbəkə hesabında cəbhə xəttinin üzərindən uçan Azərbaycan hərbi vertolyotunun video görüntüsünü yayaraq bildirib ki, "12 noyabr"ın qisasını almaq vaxtıdır.
Qeyd edək ki, 2014-cü ilin 12 noyabr tarixində Azərbaycan ordusunda müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov Ağdam rayonunun Kəngərli kəndi yaxınlığından uçan düşmən vertolyotunu vuraraq partladıb. O zaman əsgərlərin "Vur, komandir vur!" deməsi sosial mediada "#VurKomandirVur" həştəqilə paylaşılaraq böyük populiyarlıq qazanıb. Bu səbəbdən də "Vur, komandir vur" ifadəsi işlədilən zaman qarşı tərəf özünü təhqir olunmuş hesab edir.
Maraqlıdır ki, erməni generalın paylaşdığı və vurmaqla hədələdiyi Azərbayacan hərbi vertolyotunun görüntüsünə rəy yazan ermənilərin özləri belə azərbaycan dilində  "Vur, komandir vur" yazaraq Arşavir Qaramyanı ələ salıblar. Azərbaycan dilində  "Vur, komandir vur" rəyini yazanlardan biri isə mətbuata Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə açıqlamalar verən erməni ekspert Edqar Elbakyan (Էդգար Էլբակյանն) olub.
Erməni generalın paylaşdığı videonu və erməni ekspert Edqar Elbakyanın yazdığı rəyi təqdim edirik:
 



DİGƏR XƏBƏRLƏR

Top