Bill Qeyts və Ceff Bezosdan sonra bu şəxsin də sərvəti 100 milyard dolları ötüb - FOTO


Dünyada şəxsi sərvəti 100 milyard dolları ötən adamların siyahısına daha bir nəfər əlavə olunub.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Fransanın brend markalar imperiyası "LVMH"nin rəhbəri Bernard Arnaultun şəxsi sərvəti 100,4 milyard dollara çatıb. Beləliklə o, Bill Qeyts və Ceff Bezosdan sonra sərvəti 100 milyard dolları ötən üçüncü adam olub.
Ötən il 32 milyard dolları olan B. Arnault bir ildə inanılmaz bir gəlir əldə edərək belə bir uğura imza atıb.
B. Arnault, içində 70-dən çox məşhur brendin olduğu "LVMH" adlı holdinqinin sürətli inkişafı nəticəsində, "Blomberq Milyarderlər Cədvəli"ndəki ilk 500 nəfər arasında sərvəti ən sürətlə artan şəxs olub.
Qeyd edək ki, "LVMH", bu il iqtisadi tarazlıqlara qarşı kütləvi aksiyaların keçirildiyi Fransada iqtisadiyyatın 3 faizindən daha çox maddi vəsaitə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top