​Türkiyə şəhid verdi


Suriyada PKK terrorçuları ilə çıxan qarşıdurmada türk əsgəri baş çavuş Mikail Candan şəhid olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Suriyanın Hələb şəhərinə bağlı Afrin bölgəsində baş verib. Belə ki, PKK terorçuları ilə türk təhlükəsizlik gücləri arasında silahlı qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində baş çavuş Mikail Candan şəhid olub.
Şəhid doğulduğu Aksaray şəhərində dəfn ediləcək.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top