İtlərin nə üçün qəmgin baxdıqları məlum olub


Amerika və ingiltərəli araşdırmaçılar itlərlərlə bağlı yeni araşdırmanın nəticələrini təqdim ediblər.
Yeniavaz.com xarici mətbuatına istinadən xəbər verir ki, əsrlər öncədən itlərin simpatiya qazanmaq üçün etdiyi cəhdlər nəticəsində qəmgin ifadə onların üzünə həkk olunub.
Qeyd edək ki, uzun illər ərzində formalaşan qəmgin ifadəyə eyni nəsildən olan qurdlarda rast gəlinmir. Araşdırmaçıların sözlərinə görə, itlə insan bir-birinə baxdıqda insan bədənində "sevgi hormonu" deyilən oksitosin artır. Yeri gəlmişkən qeyd edək ki, itlərin sifətində təbəssüm, sevgi, əsəb, məmnuniyyət kimi üz ifadələrinə də rast gəlmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top