Rusiyada ən nüfuzlu 150 şəxsdən 1-i azərbaycanlı, 8-i ermənidir - SİYAHI


Dünyanın məşhur nəşrlərindın olan "GQ" ("Gentlemen’s Quarterly") jurnalı "Rusiyanın ən nüfuzlu 150 şəxsi" adlı hesabat hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, 10 fərqli sahədə fəaliyyət göstərən şəxslərin yer aldığı siyahıya biznes sahəsi üzrə Vahid Ələkbərov da daxil edilib. "GQ" jurnalının hesabatına görə "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyada yaşayan ən nüfuzlu 150 şəxsdən biridir.
Məlumat üçün bildirək ki, siyasət sahəsində ən nüfuzlu şəxslər arasında prezident Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin və digərləri yer alıb.
Maraqlıdır ki, siyahıya cəmi bir azərbaycanlının adı daxil edildiyi halda 8 nəfər erməni əsilli şəxs yer alıb. "Rusiyanın ən nüfuzlu 150 şəxsi" adlı hesabata Sergey Kələntəryan (Lavrov) (nazir), Sergey Sarkisov (iş adamı), Martin Avetisyan ("İMail.eu" ticarət şəbəkəsinin sahibi), Marqarita Simonyan (jurnalist), Aram Mnaçakanov (iş adamı, teleaparıcı), Artyom Oqanov (akademik), Filip Kirkorov (müğənni), Lilit Adibekyan (iş adamı) daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top