Panamada 6.3 ballıq güclü zəlzələ olub


Panamanın qərbində 6.3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com Türk mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkəsi olan Panamanın Kosta Rika sərhəddi yaxınlığında güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, zəlzələ yerin 14.2 km dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində dağıntıların və insan itkisinin olub-olmadığı haqqında hələ ki, heç bir məlumat verilməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top