“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR - Artıq fotolarınızı …


Dünyada ən çox istifadəçi kütləsinə sahib sosial şəbəkələrdən biri olan “WhatsApp”a yeni xüsusiyyət əlavə olunacaq.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yenilik həm İOS, həm də Android istifadəçiləri üçün əlçatan olacaq. Belə ki, “WhatsApp” istifadəçiləri digər istifadəçilərin profil fotolarını telefonlarına yükləyə bilməyəcəklər. Beləliklə də, “WhatsApp” istifadəçiləri şəxsi fotoların gizliliyini qoruya biləcəklər.
Qeyd edək ki, bu yenilik hələ ki, beta versiyasında sınaq mərhələsindədir. Yeniliyin nə zaman təqdim ediləcəyi tarix isə bilinmir.

DİGƏR XƏBƏRLƏR

Top