Mayk Taysonun yeni imici insanları təəccübləndirib - FOTOLAR

"Reddit" sosial şəbəkəsinin və "İnitialized" şirkətinin erməni əsilli rəhbəri Aleksis Oqanyan "Twitter" hesabında məşhur boksçu Mayk Taysonla olan fotolarını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, fotoda Mayk Taysonun yeni imici diqqətləri cəlb edib. Sosial şəbəkə istifadəçiləri saqqal saxlayan Mayk Taysonun olduqca yaşlı göründüyünü bildiriblər.
Məlumat üçün bildirək ki, Mayk Taysonun imzalı boks əlcəkləri verdiyi Aleksis Oqanyan ABŞ-dakı erməni diasporunun ən fəal üzvlərindən hesab olunur. Dəfələrlə Ermənistana səfərlər edib.

DİGƏR XƏBƏRLƏR

Top