İstanbul seçkilərinə yenə etiraz edilib - təkrarlanması tələb olunur


Türkiyənin İstanbul şəhərində etirazlar səbəbilə təkrarlanan bələdiyyə seçkilərinə yenə etiraz edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəfsiz namizəd kimi girdiyi seçkilərdən 92 səs alan Mehmet Ali Aydoğmuş seçkilərin təkrarlanması üçün etiraz edib. O buna səbəb kimi isə ona verilən səslərin, digər siyasi partiyaların namizədlərinin adına yazılmasını göstərib.
İstanbuldakı dairə seçki mərkəzlərindən birinə yaxınlaşan M. A. Aydoğmuş etiraz ərizəsini YSK-ya (Yüksek Seçim Kurulu - Ali Seçki Qurumu) çatdırması üçün səlahiyyətli şəxslərə təqdim edib.
Daha sonra mətbuata açıqlama verən Aydoğmuş 31 martda ilk dəfə keçirilən bələdiyyə seçkilərində 262 səs topladığını, bu dəfəki seçkilərdə isə bu sayın 92-ə düşdüyünü bildirib.
Qeyd edək ki, M. A. Aydoğmuş 31 martda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə də etiraz etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top