Tbilisidə keçirilən mitinqlərdə iştirak edən deputat həbs edilə bilər


Tbilisidə keçirilən kütləvi etiraz aksiyası zamanı polislə qarşıdurmanı təşkil etməkdə günahlandırılan millət vəkili həbs edilə bilər.

Yeniavaz.com APA-ya istinadən xəbər veirr ki, Gürcüstan Baş prokurorluğu Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsi barədə qərar qəbul edib. Qərar müzakirə edilməsi və deputatın toxunulmazlığının ləğv edilməsi üçün parlamentə təqdim olunub. Hazırda prokurorluğun müraciəti əsasında parlamentin Hüquq və prosessual məsələlər komitəsinin iclasında millət vəkilinin toxunulmazlığının və mandatının ləğv edilməsi məsələsi müzakirə edilir. İclas başa çatdıqdan sonra məsələ parlamentin plenar iclasında səsə qoyulacaq. N. Melianın həbsi üçün parlament deputatlarının ən az 70-i prokurorluğun müraciətinin  lehinə səs verməlidir.

Qeyd edək ki, Gürcüstan baş prokurorluğu N. Melianı zorakılıq təşkil etmək, ona liderlik etmək  və iştirak etməkdə ittiham edir.

DİGƏR XƏBƏRLƏR

Top