İnsanları qatarın önünə atan şəxsə ömürlük həbs verildi - VİDEO


İngiltərənin paytaxtı Londonun metro stansiyalarında insanları qatarın önünə atan şəxsin məhkəməsi başa çatıb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Paul Kresli adlı bu şəxsə ömürlük həbs cəzası verilib.
O ilk öncə adı məlum olmayan bir şəxsi qatarın önünə atmağa çalışsa da buna nail ola bilməyib. Həmin şəxs isə polisə müraciət etmədiyi üçün P. Kresli eyni əməli yenə təkrarlayıb. Növbəti dəfə o, 91 yaşlı Robert Malpsı relslərin üstünə itələyib. Bu dəfə o istədiyinə nail olsa da oradakı yaşlı insanı oradakılardan biri xilas etməyi bacarıb. P. Kresli isə polis tərəfindən saxlanılıb. 1 illik məhkəmə prosesinin nəticəsində isə ona ömür boyu həbs cəzası verilib.
Hər iki hadisə isə stansiyalardakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top