Gəncə Beynəlxalq Xəstəxanasından Fazil Məmmədovla bağlı AÇIQLAMA - YENİLƏNİB



"Bizdə belə məlumat yoxdur".
Bu məlumat Yeniavaz.com-a Gəncə Beynəlxalq Xəstəxanasının qəbul şöbəsindən, KİV-də keçmiş vergilər naziri Fazil Məmmədov haqqında yayılan xəbərlərə cavab olaraq verilib.
Bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Bizdə belə məlumat yoxdur. Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilməyib".

Xatırladaq ki, bu gün mətbuatda keçmiş vergilər naziri Fazil Məmmədovun səhhətində yaranan problemlə əlaqədar olaraq Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

***10:09
Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.


Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.
 

DİGƏR XƏBƏRLƏR

Top