Mingəçevirdə 58 yaşlı kişi qətlə yetirlib

Mingəçevir şəhər sakini Akif İbrahimov qətlə yetirlib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin "Energetik" yaşayış massivində, fərdi təsərrüfatlardan birində baş verib. Burada qurulan "yeyib-içmək" məclisi sonda qanla bitib. Məclisdə ev sahibi ilə qonaqlardan biri arasında yaranan mübahisə münaqişəyə çevrilib. Bu zaman ev sahibi döyülüb və müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan sonra o, silah götürüb məclisə qayıtmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı açılan atəş nəticəsində güllə 58 yaşlı Mingəçevir şəhər sakini Akif İbrahimova dəyib və o, hadisə yerində dünyasını dəyişib.  Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirlir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top