Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında breyk-dans idman növü kimi yarış proqramına daxil ediləcək.

Beynəlxalq Olimpiya Komitəsinin 134-cü sessiyasında breyk-dansın idman növü kimi Olimpiya Oyunlarının proqramına daxil edilməsi, sörfinq, qayaya dırmanma və skeytbordinqin proqramda saxlanılmasına dair qərar qəbul edilib.

Breyk-dans ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında olimpiya idman növü kimi təqdim edilmişdi.

Breyk-dansda 16 kişi və 16 qadın idmançı medallar uğrunda mübarizə aparacaq.

Qayaya dırmanma, skeytbordinq və sörfinq idman növləri üzrə ilk Olimpiya mübarizəsi gələn il Tokioda başlayacaq.

Parisdə isə Olimpiya Oyunları 2024-cü il 24 iyul - 11 avqust tarixlərində keçiriləcək. Bu növlərin əlavə edilməsi ilə Olimpiya proqramına daxil edilmiş idman oyunlarının sayı 33-ə çatır.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top