Hər gün yeyilməli antixərçəng qidalar - SİYAHI

Hər il dünyada 12 mimyon insan onkoloji xəstəlik və ağırlaşmasından ölür, hər gün 27 min insan bu xəstəliyə tutulur. Son statistika göstərdi ki, Azərbaycanda da xərçəng xəstələri artır.

Xərçəngə qarşı qalxan rolunu oynayan qidalar, bitkilər, meyvə-tərəvəzlər var. 

Yeniavaz.com Medicina.az-a istinadən şişə və metastazlara qarşı effektiv təsiri dünya alimlərinin eksperimentlərində sübut olunmuş 25 antixərçəng qidanın siyahısını təqdim edir.
Siyahıya baxdıqda, görmək olur ki, azərbaycanlıların gündəlik qidasında onlar azdır və getdikcə də uzaqlaşırıq. Halbuki alimlər xəstəlnməmək və xərçəng önü vəziyyətdə şiş hüceyrələrini məhv etmək üçün bu siyahıdakı qidalardan ən azı 12-ni hər gün normasında qəbul etməyi məsləhət görür.

1. Sarımsaq – soğan. Xüsusən sobada bişmiş soğan və sarımsaq. Hər gün 3 diş sarımsaq mütləqdir

2. Pomidor – mütləq çiyi və orqanik, dərmansız olanı seçilməli, hər gün 50 ml şirəsi içilməlidir

3. Kələm növləri – xüsusən brokkoli, gül kələmi, pekin  və qırmızı kələm. Kələm çiy salat formasında və ya şirəsi qəbul olunmalıdır. Kələm dolması və borş yedim, kələm qəbul etdim hesab etməyin

4. Tünd rəngli göyərtilər və tərəvəzlərin yarpaqları

5. Çuğundur, kök – çiy halda salatı və şirəsi hər gün

6. Qarğıdalı – suda bişmişi

7. Bütün növ giləmeyvələr: çiyələkdən tutmuş böyürtkənə kimi – il ərzində iri meyvələrdənsə, pulunuzu giləmeyvələrə xərcləyin
 
8. Kətan toxumu və yağı

9. Batat adlı kartof növü

10. Sarıkök – çox güclü antisokdidantdır. Təmiz sarıkök tapın

11. Göbələklər – xüsusən yapon göbələyi

12. Yaşıl çay - əsl yaşıl çayın iri yarpaqlı növünü alıb özünüz dəmləyin

13. Qəhvə - günə 2 fincan yaxşı qəhvə şiş hüceyrələrinin aktivliyini azaldır

14. Limon – qabığı və tumları ilə

15. Balqabaq və tumları

16. Tam toxumdan un, çörək – yəni kobud undan çörək, qara çörək, çovdar və s

17. Paxlalılar – mərci, noxud, lobya – həftədə 2 dəfə salatlarda və şorbalarda yeyin

18. Qoz, fındıq, fıstıq, araxis

19. Dəniz yosunu – aptek və marketlərdə satılır. Biz demək olar almırıq. Yaponlar hər gün yeyir

20. Sitrus meyvələri – qreypfrut, portağal, avokado və s

21. Ədviyyatlar və dərman bitkiləri, ətirli otlar – darçın, istiot, kəklikotu, cirə, razyana, reyhan, rozmarin, yarpız, çobanyastığı və s. Bunlardan içkilərdə, çaylarda,yeməklərdə bol istifadə edin. Ya da saqqız kimi çeynəyin.

22. Zeytun, yarpağı, tumu və yağı – Ən yaxşı növ və təmizi

23. Qatıq, orqanik yoqurt, kefir – bağırsaqların mikroflorasını sağlamlaşdırır ki, bu da immuniteti möhkəmlədir, orqanizm şiş hüceyrələrini özü tapıb məhv edir

24. Tünd şokolad, kakao
 
Hər gün bu siyahıdakı ərzaqlardan azı 10-12-si menyunuzda olmalıdır. 

DİGƏR XƏBƏRLƏR

Top