Keçmiş prezident də Tbilisidə etirazçılara qoşuldu


Keçmiş prezident Giorgi Marqvelaşvili paytaxt Tbilisidə keçirilən etiraz aksiyasına gəlib.

Yeniavaz.com "24News.ge"yə istinadən xəbər verir ki, eks prezident tribunaya çıxaraq xalqın tələbinin haqlı olduğunu bildirib:

"Mən həmişə olduğu kimi, bu gün də əziz xalqım sizinləyəm. Mən düşünürəm ki, hakimiyyət xalqın maraqlarını nəzərə almalıdır. Hakimiyyət indiki vəziyyətdə xalqdan dərs götürsün və görsün ki, rus imperiyasına və işğalına qarşı necə davranmaq lazımdır, hakimiyyət xalqdan bunları  öyrənsin". - deyə eks prezident bildirib.

DİGƏR XƏBƏRLƏR

Top