Gürcüstanın hökumət binasına xüsusi təyinatlılar yerləşdirilib

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası ətrafına xüsusi təyinatlılar yerləşdirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, bir neçə dəqiqə bundan öncə çox sayda xüsusi təyinatlı avtobuslarla hökümət binasına gətirilib.

Bununla yanaşı, Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus xüsusi avtomobillər də hökümət binasının ərazisinə daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top