Əli Babacan yeni qurulacaq partiya ilə bağlı Ərdoğanla görüşəcək - İDDİA


Türkiyəli məşhur jurnalist Deniz Zeyrek Əli Babacanın yeni qurulacaq partiya ilə bağlı Ərdoğanla görüşəcəyini deyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, iqtidar partiyası AKP-yə(Ədalət və İnkişaf partiyası) qarşı yeni partiya qurulacağını bildirib və bunun şaiyə yox, dəqiq məlumat olduğunu bildirib: "Əli Babacan Ərdoğandan görüş istəyib. "Yeni partiya yaradırıq, başqasından deyil, bizdən eşidin" deyəcək".
23 iyunda yenidən keçirilən İstanbul bələdiyyə seçkilərini Əkrəm İmamoğlunun qazanması Türkiyədə iqtidara qarşı yeni bir partiya yaradılacağı iddialaraı daha da güclənib. D. Zeyrek mövzu ilə əlaqədar diqqətləri cəlb edən bir məlumat yayıb. O Türkiyənin eks prezidenti Abdullah Gülün də Əli Babacanı dəstəklədiyini bildirib: "Bunları təxmin etmirəm. Əlimdə dəqiq məlumat var. Xüsusilə qeyd edirəm ki, Abdullah Gül Əli Babacanı dəstəkləyir. Yeni yaradılan partiyada rolu olmayacaq. Ə. Babacan partiyanın rəhbəri olacaq. A. Gülü isə fəxri prezident kimi görəcəyik. Gülün belə bir tövsiyyəsini eşitdim: "2001-ci ildə AKP-nı yaradanda Ərbakanla görüşüb ona başqasından yox, bizdən eşidin demişdik. Babacn da eynisini edəcək. O da eyni mövzuda Ərdoğanla görüşəcək. Artıq məsələ o səviyyəyə çatıb". Son 2-3 həftədir ki, Ə. babacan partiyanı yaratmaq üçün çalışır. Ankardakı bir ziyafətdə yeni yaradılacaq siyasi partiyanın bütün nümayəndələri bir yerə toplanmışdı. A. Gül də orada idi".
D. Zeyrek A. Gülün Əhməd Davutoğlu ilə də arasına məsafə qoyduğunu deyib: "A. Gül Ə. Davutoğlu ilə aranı uzaq tutur. Ona güvənmir. Cənab prezidentin Bülent Arınça buyurun gəlin dediyi kimi, Davutoğluna da belə bir dəvət gəlsə, onun yenidən AKP-ə qayıdacağından qorxurlar. Davutoğlu aradakı məsafəni böyüdüb".
O bildirib ki, yeni partiyanın nümayəndələri AKP millətvəkillərinin onların tərkibinə keçməsini istəmirlər: "Amma vilayət idarəçilərindən iqtidar partiyasının siyasətindən narazı olanlar yeni partiyaya qoşula bilərlər".

DİGƏR XƏBƏRLƏR

Top