Bu rayonun polis rəisi İŞDƏN ÇIXARILDI


Samux rayon Polis Şöbəsinin rəisi, polkovnik Akif Nəbiyev vəzifəsindən çıxarılıb.

Bir müddət əvvəl nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan daxili yoxlamalar nəticəsində şöbənin fəaliyyətində nöqsanlar aşkarlanıb. Buna görə də polkovnik A.Nəbiyev vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, A.Nəbiyevin işdən çıxarılması bir neçə gün əvvəl baş verib. Onun vəzifəsindən çıxarılması haqda əmri keçmiş nazir Ramil Usubov verib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top