Yaponiya Çinin təzyiqlərinə baxmayaraq uyğur türkü siyasi fəala "G-20" üçün viza verdi


Yaponiya Çin hökumətinin təzyiqlərinə baxmayaraq uyğur türkü yazıçı, siyasi fəal və insan hüquqlarının qoruyucusu Rabia Kadirə "G-20" zirvəsində (G-20 - dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir) iştirak etməsi üçün viza verib.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, Çin hökuməti uzun müddətdir ki, Yaponiyaya R. Kadirə viza verməməsi üçün təzyiq göstərirdi. Ancaq Yaponiya hökuməti daha öncədən də dəfələrlə ölkəyə gəlmiş siyasi fəalın bu dəfəki girişinə də rəsmi şəkildə icazə verib.
"G-20" zirvəsi iyun ayının 28-29-da Osaka şəhərində keçiriləcək və Çin Xalq Respublikasının prezidenti Şi Cinpinq də iştirak edəcək.
R. Kadirin məqsədi həm "G-20" zirvəsində iştirak etmək, həm də Çinin Şərqi-Türküstanda uyğur türklərinə qarşı törətdiyi insan hüquqları pozuntularını, həmçinin uyğur, qazax və qırğız türklərinin saxlanıldığı toplanma düşərgələrini dünyanın diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, R. Kadir uzun müddət siyasi düşüncələrinə görə Çində məhkumluq həyatı yaşayıb. O həbsdən çıxdıqdan sonra isə Çindən qaçaraq ABŞ-a mühacirət edib.

DİGƏR XƏBƏRLƏR

Top