Əkrəm İmamoğlu ailəsinin və özünün sərvətini AÇIQLADI - RƏQƏM


23 iyunda İstanbul Böyük Şəhər Bələdiyyəsinin Sədri seçilən Əkrəm İmamaoğlunun sərvəti məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ə.İmamoğlunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ə.İmamoğlunun  4 milyon 841 min TL (835 490 dollar) dəyərində 17 daşınmaz əmlakı mövcuddur. İstifadə etdiyi “Jeep” markalı avtomobilin qiyməti isə 255 min TL-dir (43 836 dollar). Bundan əlavə İmamoğlunun bank hesabında 1 milyon 397 min TL (240 240 dollar) nəğd pulu, 841 min TL (145 145 dolar) dəyərinədə qızıl və brilliantı var. Ə.İmamoğlunun öz şirkətlərinə isə 3 milyon 85 min TL(532 428 dollar) borcu var.

DİGƏR XƏBƏRLƏR

Top