Bilgəh çimərliyində FACİƏ - 2 yaşlı uşaq dənizdə boğuldu


Bakıda azyaşlı uşaq dənizdə boğulub.

Hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top