Ərdoğan İmamoğlunu təbrik, Yıldırıma təşəkkür etdi


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul sekilərinin yenilənməsinin sonra rəhbərlik etdiyi partiya ilə iclas keçirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o iclasda çıxışı zamanı sözlərinə İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlunu təbrik edərək başlayıb. O seçkilərin nəticəsinə görə xalqdan küsmədiyini dilə gətirib: "Bizim siyasət anlayışımızda xalqdan küsmək, incimək hətta xalqı günahlandırmaq qətiyyən yoxdur. İstanbul seçkilərinin yenilənməsinin millətə xeyirli olmasını arzu edirəm. İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlunu isə təbrik edirəm".
O həmçinin AKP namizədi Binəli Yıldırıma da təşəkkür edib: "Çox istərdik ki, seçkiləri B. Yıldırım qazansın. Ona da göstərdiyi səylərə görə təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top