Telefonunuza bu mesaj gəlibsə qətiyyən açmayın


Xakerlər telefon və kompüterlərdəki şəxsi məlumatları oğurlamaq üçün yeni fırıldağa əl atıblar.
Yeniavaz.com Türkiyə mətbuatına əsasən xəbər verir ki, xakerlər şəxsi məlumatları oğurlamaq üçün yeni taktikalar icad ediblər. Hədəflərinə çatmaq üçün "Google Calendar"adlı proqramdan istifadə edən fırıldaqçılar, bu proqram vasitəsilə istifadəçilərə "pin kodu dəyişdirin" mesajı göndərir. Mesaja toxunduğunuzda isə saxta bir internet saytı açılır. Daha sonra telefonunuzda olan kart şifrələri, email və sair kimi bənzəri bütün məlumatlar xakerlər tərəfindən kopyalanır. Bu səbəbdən telefonunuza gələn bilinməyən mesajları açmaq məsləhət görülmür. Daha da ehtiyalı olmaq üçün isə çox vacib hesab etdiyiniz heç bir məlumatı internetə açıq yerlərdə saxlamayın.
 

DİGƏR XƏBƏRLƏR

Top