Bakıda çimərlikdə 44 yaşlı kişinin beyninə qan sızıb


Bakıda 44 yaşlı kişi dənizdə çimərkən ölüb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində çimərlikdə qeydə alınıb.

Masallı rayon sakini Rəhim Mustafayev oğlu dənizdə çimən zaman qəfildən vəfat edib.

Araşdırma zamanı onun yüksək qan təzyiqindən beyninə qan sızması nəticəsində öldüyü məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top