İntiharlara səbəb olan "Mavi Balina"nın qarşısını almaq mümkün deyil - SƏBƏB


Təkcə Türkiyədə 150 nəfərin intiharına səbəb olduğu iddia edilən "Mavi Balina" oyununun nə üçün qadağan edilmədiyi açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına əsasən xəbər verir ki, dünyada bir çox gəncin intiharına səbəb olduğu bildirilən "Mavi Balina" oyununu qadağan etmək mümkün deyil. Çünki, bəhs edilən oyunun nə qaynağı, nə də yayıldığı yer bilinir. Mütəxəssislər deyir ki, bəhs edilən oyun müəyyən saytlar vasitəsilə reklam şəklində ortaya çıxır və gənclər onlayn şəkildə oynamağa başlayır. Nəticədə təhlükəli tapşırıqları yerinə yetirməyə çalışan gənclərdə müxtəlif psixoloji problemlər ortaya çıxır.
Qeyd edək ki, "Mavi Balina"nın təkcə Türkiyədə 150 nəfərin ölümünə səbəb olduğu deyilir. Belçikada isə bu oyunu oynamaq cinayət sayılır.

DİGƏR XƏBƏRLƏR

Top