Prezident İlham Əliyev əməkdar artistə ev hədiyyə etdi - FOTO


Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.

Yeniavaz.com-un xəbərinə görə, bu barədə əməkdar artist özünün “facebook” səhifəsində yazıb:

“Möhtərəm Cənab Prezident.
Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və Azərbaycanımızı qorusun!”

DİGƏR XƏBƏRLƏR

Top