Tramp və Putinin görüşəcəyi yer və tarix məlum olub


ABŞ prezidenti Donald Trampın 28-29 iyunda Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 Zirvə toplantısında görüşəcəyi dövlət başçıları məlum olub.

Yeniavaz.com xəbər verir ki, rəsmi Ağ Evin verdiyi bəyənatda D.Trampın Yaponiyada 8 ölkə przidenti ilə görüşəcəyi bildirilib. Tramp Yaponiyada Çin prezidenti Si Tsinpin, Rusiya prezidenti Valdimir Putin, Səudiyyə Ərəbistan Vəliəht Şahzadəsi Məhəmməd bin Salman, Yaponiya Baş naziri Şinzo Abe, Hindistan Baş naziri Narendra Modi, Almaniya Kansleri Angela Merkel, Avstraliya Baş naziri Skott Morrison və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  ilə təkbətək görüşlər keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top