Bakıda polis idarəsi qarşısında piyadanı maşın vurdu


Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1958-ci il təvəllüdlü Əliyev Firudin Əli oğlu Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi qarşısında yolu keçərkən onu maşın vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə və sol baldır nahiyələrinin sıyrılmış yaraları diaqnozu qoyulub.(report)

DİGƏR XƏBƏRLƏR

Top