Şəkidə ilan sancan qadın təcili Bakıya göndərildi


Şəkidə 30 yaşlı qadını ilan sancıb.

İyunun 24-dən 25-ə keçən gecə rayonun Şorsu kənd sakini, 1989-cu il təvəllüdlü Gülnaz Qurban qızı Hacıəliyeva ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən bildirilib ki, G. Hacıəliyeva gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində maşından düşüb evə gedən zaman ilan qəfildən onun sağ ayağın pəncəsindən sancıb.

G. Hacıəliyevaya xəstəxanada lazımi ilkin yardım göstərildikdən sonra vəziyyətinin ağır olması nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top