Mingəçevir Dram Teatırında "Müvəqqəti ər" maraqla izləndi


Mingəçevir Dram Teatırında “Müvəqqəti ər”(hülləçi) maraqla izləndi.
Bu gün Mingəçevir Dövlət Dram Teatırında Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər”(Hülləçi) iki hissəli komediyası nümayiş olunub.Tamaşanın qurluşçu rejissoru Xalq artisti Valeh Kərimov,qurluşçu rəssam Əməkdar rəssam  Rafael Haşimov, musiqi tərtibatı  Elnur Rəsulov, rejissor köməkçisi Məlahət Ağayevadır. Tamaşada ömrünün 43 ilini Mingəçevir teatırına həsr edən əməkdar artist Şıxı Yaqubov, Azərbaycanının  teatr və kino aktirisası ,Mingəçevir Dövlət Dram Teatırının aparıcı aktirisası,Tərəqqi medallı  Əməkdar artist Ella Yaqubova və digər sevilən aktyorlar tamaşada rolaalıblar.Tamaşateatrsevərlər tərəfindən  çox maraqla qarşılandı.İsti yay günləri olmasına baxmayaraq tamaşaçı demək olar ki,tamaşanı maraqla izlədi.Tamaşanın sonunda teatırın direktoru Səxavət Məmmədov və qurluşçu rejissor  Valeh Kərimov çıxış edərək teatırın aktyorlarını təbrik etdi ,onlara gələcək rollarında uğurlar arzuladılar. Direktor onu qeyd eti ki, Mədəniyyət nazirliyinin tövsiyyəsi ilə yeni tamaşaların hazırlanmasına start verilib.Mövsümün sonunda yenə sizin qarşınıza yeni tamaşalarla çıxacayıq.
Tamaşadan sonra rejissor Valeh Kərimovla həmsöhbət olduq. O,bildirdi ki, bu tamaşa onun Mingəçevir teatırında səhnəyə qoyduğu ikinci tamaşasıdır.Bu nədən irəli gəlir ki,siz artıq ikinci tamaşanızıda burada reallaşdırırsız sualımıza Valeh Kərimov burada insanların teatra marağını və sənətimə olan məhəbbətimi duyuram dedi: ”Teatr mədəniyyəti  aktyor potensialı  bütün bölgələrdə demək olar ki,eynidir.Onu da vurğulayım ki, bu yaxşı mənadadır.Bu teatrda əvvəlcə İsi məlikzadənin “Gəl qohum olaq”əsərində həm qurluşçu rejissor, həm də aktyor kimi Ədalət obrazını canlandırdım.Hər şey demək olar ki,uğurlu alınmışdı.Tamaşaçının teara marağını gördüm. Hazırda yenidən Mingəçevirdəyəm. Rəşad Nuri Güntəkinin “Hülləçi”komediyasına qurluş verdim.Özünüzdə gördünüz ki,tamaşa necə alındı.Qismət olarsa yeni tamaşalara da  qurluş verməyə hazıram”.
Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top