Çexiyada son 30 ilin ən böyük etiraz aksiyası baş verib

Çexiyada hökumətə qarşı çıxan 250 mindən çox vətəndaş küçələrə axışıb.

Yeniavaz.com Türkiyə mətbuatına əsasən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada 250 min insanın qatıldığı etiraz aksiyası baş tutub. Aksiya Çexiya polisinin milyoner iş adamı olan Babis haqqında korrupsiya iddialarını ortaya atması ilə başlayıb. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı çıxdıqlarını söyləyən etirazçılar Baş Nazir Andrey Babisi istefa verməyə çağırıblar.
Verilən məlumatlara görə, Praqa mitinqi ölkə tarixinin ikinci ən böyük mitinqidir. Çexiyada ən böyük miting isə 1989-cu ildə "Məxməri inqilab" adı altında baş tutub. Nəticədə ölkədə kommunizm devrilərək, Çexiya parlament respublikasına çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top