Qazaxıstanda hərbi bazadakı partlayış nəticəsində 46 nəfər xəsarət alıb - VİDEO


Qazaxıstanın cənubundakı hərbi bazada dəhşətli partlayış olub
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. Hadisə Qazaxıstanın Türkistan şəhərindəki hərbi bazada baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində xəsarət alanların sayı 46-a çatıb. 12 nəfər isə Ars şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
Qazaxıstan prezidenti Qasım Tokayev hadisənin baş vermə səbəbinin araşdırılması üçün göstəriş verib.
Hal-hazırda Ars sakinləri şəhərdən təxliyyə edilir.

DİGƏR XƏBƏRLƏR

Top