İkisi uşaq 7 nəfəri öldürən qatil: "Niyə etdim, özüm də bilmirəm"


Cənubi Kiprdə ikisi uşaq, 7 nəfəri amansızlıqla öldürən Rum ordusunun zabiti Nikos Metaksasın məhkəməsi başlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, N. Metaksas Rum Ağır Cinayətlər Məhkəməsində 7 nəfəri öldürdüyünü qəbul edib. Rum vəkillərin heç biri Metaksası müdafiə etməyi qəbul etmədi.
Haqqında, işlədiyi hər cinayətə görə ayrılıqda ömürlük həbs tələb olunan N. Metaksas, yüksək təhlükəsizlıikləri tədbirlləri altında məhkəməyə gətirilib. Məhkəmədə qatil gözyaşları içində özünü müdafiə edib: "Dəhşətli cinayətlər törətdim. Günahlarımı başa düşürəm. Heyf ki, zamanı geri qaytarmaq mümkün deyil".
N. Metaksas törətdiyi cinayətlərin işıqlandırılması üçün əlindən gələni edəcəyini bildirib: "Etiraf etməliyəm ki, bir də belə şey etməyəcəyəm. Qurbanların ailələrindən və ruhlarından üzr istəyirəm. Kipr xalqından üzr istəyirəm. Övladlarımdan və ailəmdən üzr istəyirəm. Ona görə ki, bu mənim üçün son təsəllidir".
O həmçinin bunları niyə etdiyini bilmədiyini deyib: "Mən unutmaq istəyirəm. Niyə belə bir şey etdiyimi özüm də bilmirəm. İstintaqın gedişatı üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, 5 qadın, 2 uşaq olmaqla 7 nəfəri öldürən N. Metaksas iki ay öncə verdiyi müsahibəsində əməllərindən peşman olmadığını bildirmişdi: "İşlədiyim cinayətlərə görə peşman deyiləm. Polis məni tutmasaydı cinayətlərə davam edəcəkdim".

DİGƏR XƏBƏRLƏR

Top