Azərbaycanda imtahan vaxtı tələbələrin halı pişləşdi - SƏBƏB


Lənkəran Dövlət Universitetində halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub. 

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, ilkin ehtimala görə, tələbələri gün vurub. 

Halı pisləşən tələbələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

1. Kərimli Ulduz Elçin qızı, 2000-ci il təvəllüdlü, Yardımlı

2. Əzizova Qumral Cahangir qızı, 1999-cu il təvəllüdlü, İmişli

3. Rzazadə Ləman Səfər qızı, 2000-ci il təvəllüdlü, Biləsuvar

4. Cəlilova Ədilə Şamil qızı, 1998-ci il təvəllüdlü, Şabran

5. Nəzərova İlahə Namik qızı, 1997-ci il təvəllüdlü, Bakı

6. İbrahimova Aygün Fizuli qızı, 1999-cu il təvəllüdlü, Cəlilabad

7. Ağazadə Ülviyyə Mübariz qızı, 1998-ci il təvəllüdlü, Bərdə

Son məlumata görə, digər tələbələrin də vəziyyəti stabilləşib.

*** 14:04

Lənkəran Dövlət Universitetində 7 tələbənin halı pisləşib. 

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Universitetdə sessiya zamanı baş verib

Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib. 

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb". 

Qeyd edək ki, daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər. 

DİGƏR XƏBƏRLƏR

Top