Ermənistanın səfiri: "ABŞ-ın sanksiyalarına baxmayaraq İranla əməkdaşlığı genişləndirəcəyik"


Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq İranla əməkdaşlığı genişləndirəcəklər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Artaşes Tumanyan bu barədə açıqlamanı İranın İRNA xəbər agentliyinə verib.
Səfir qeyd edib ki, onlar İranın nə qədər ağır sanksiyalara məruz qaldığını bilirlər: "Biz bu məsələdə İranı dəstəkləyirik və iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcəyik".
 
 

DİGƏR XƏBƏRLƏR

Top