"Bu il Suriyada 764 nəfər iz qalmadan yox edilib"


Suriya İnsan Haqları Şəbəkəsi yeni açıqlama təqdim edib.
Yeniavaz.com Türkiyə mətbuatına əsasən xəbər verir ki, Suriya İnsan Haqları Şəbəkəsi 2019-cu ildə başda Hələb və Şam olmaqla Suriyada 1478 insanın həbs edildiyini bildirib. Onların sözlərinə görə, məhbusların 90-nı qadın 71-i uşaq və bir qismi də əsgərlik yaşına çatmamış gənclərdir. Yeni məlumatda həmçinin bildirilib ki, 2019-cu ildə həbs edilənlərdən 764-ü heç bir iz qalmadan yox edilib. Rəsmi mənbələr onlar haqqında heç bir məlumat əldə edə bilmədiklərini söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top