Yeni aldığınız geyimləri yumamış geyinməyin - SƏBƏB


Bir çox insan dəri xəstəliklərindən şikayət edirlər. Bu kimi xəstəliklərin səbəbləri genetik, düzgün qidalanmama, allergiya və müxtəlif ola bilir. Amma mütəxəssislər yeni alınmış geyimlərin də dəri xəstəlikləri yaratdığını qeyd ediblər.

Yeniavaz.com Türk Dermotoloji Dərnəyinin üzvü Səma Karaoğlunun bununla bağlı açıqlamasını təqdim edir:

Mütəxəssis S.Karaoğlu dəri sağlamlığı baxımından yeni alınmış geyinmlərin yuyulmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, yeni alınmış geyimlərin tərkibində olan bəzi kimyəvi maddələr dəriylə təmasa girərək müxtəlif xəstəliklər yarada bilir: "Xüsusilə bu dar cinslərə aid edilir. Yeni geyimlərin istifadəsindən əvvəl yuyulmasının əsas məqsədi ilk növbədə dəriyə keçə biləcək əlavə kimyəvi boyalardan qorunmaqdır. Bu gün bir çox insan dəri xəstəliyindən əziyyət çəkir. Dərisi həssas olan insanlarda geyimlərin rəngləndirilməsində istifadə olunan azo-anilin boyaları dəridə, qızarıqlıq, quruluq, qaşınma kimi reaksiyalar verə bilər. İstifadədən əvvəl geyimləri yumaq bu kimi haların yaranmasının qarşısını alır. Geyimlərdə belə reaksiyalar daha çox boyun və qoltuq altı kimi nahiyyələrdə, tərlədikdən sonra baş verir”.

Türkiyyəli mütəxəssis, boyalardan əlavə uzunməsafəli yerlərə daşınan geyimlər üzərində kif yaranmaması üçün istifadə edilən, formaldehit maddəsinin də zərərli olduğunu bildirib.
“Bu maddə kif yaranmasının qarşısını almaqla yanaşı geyimlərin qırışmaması və ya daha az qırışması üçün istifadə olunur”, - deyə S.Karaoğlu vurğulayıb. 

DİGƏR XƏBƏRLƏR

Top