Meksika prezidenti narkotik tacirlərinin villalarını satır


Meksikada narkotik qruplaşmalarından ələ keçirilən hovuzlu və qaçış tuneli olan lüks villalar hərraca çıxarılıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, hərracdan əldə edilən maddi vəsait Querrero əyalətində narkotik qruplaşmalarından təsirlənən yoxsul insanlara paylanacaq. Ötən ilin dekabr ayında hakimiyyətə gələn Meksika prezidenti Andres Manuel Lopez seçki kampaniyalarında həmin gəlirlərin yoxsullara paylanacağını vəd etmişdi.
Paytaxt Mexikoda təşkil edilmiş hərracda ümumilikdə 27 daşınmaz əmlak sərgilənib. Onların arasında böyük bir bağ evi və ötən ay bir baronun öldürüldüyü villa da var.
Hərracın birinci günündə evlərdən doqquzu satılıb və 56,6 milyon peso (təxminən 3 milyon dollar - 5,1 milyon manat) əldə edilib.
Qeyd edək ki, prezident A. M. Lopez hakimiyyətə gəldikdən sonra müsbət addımları ilə xatırlanır. Belə ki o, seçildikdən sonra ondan əvvəl alınan bahalı prezident təyyarəsini və xidməti avtomobillərini satmış, onu qorumaq üçün vəzifələndirilimiş cangüdənlərdən də imtina etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top