İstanbul seçkilərində səslərin sayımı rəsmi olaraq yekunlaşdı


Türkiyənin Ali Seçki Qurumu YSK-nın (Yüksek Seçim Kurulu) rəhbəri Sadi Güven seçkilərin nəticələrinin tamamilə YSK sisteminə köçürüldüyünü bildirib.
Yeniavaz.com "Anadolu" Agentliyina istinadla xəbər verir ki, Sadi Güven həmin nəticələrə görə Əkrəm İmamoğlunun 4 milyon 741 min 868 səs, Binəli Yıldırımın isə 3 milyon 935 min 453 səs topladığını bəyan edib.
Qeydə alınmış seçici sayı 10 milyon 560 min 963 nəfər olan İstanbulda dünən 8 milyon 925 min 63 nəfər səsvermədə iştirak edib. Həmin səslərdən isə 178 min 599-u pozuntulara görə qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top