Tramp Qaşıqçı ilə bağlı suala cavab verməkdən yayındı: "Axmaq deyiləm"


ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalsit Camal Qaşıqçının öldürülməsi ilə bağlı ABŞ-ın istintaq başladıb-başlatmayacağı sualına cavab verməkdən yayınıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Amerikanın "NBC" kanalına müsahibəsində, Qaşıqçı cinayətinin onsuz da hər kəs tərəfindən araşdırıldığını deyib və diqqətləri Səudiyyə Ərəbistanından İran mövzusuna çəkməyə çalışıb:
"İran bir gündə xeyli insanı öldürdü. Şərqdəki digər ölkələr müharibəyə meyillidir. Səudiyyə Ərəbistanına baxacağınıza, İrana baxın, digər şərq ölkələrinə baxın və nələr olduğunu görün".
Səudiyyə Ərəbistanının ABŞ-la ticarət dövriyyəsinin 450 milyard dollar olduğunu vurğulayan D. Tramp, ərəblərlə bu əlaqəni kəsəcəkləri təqdirdə onların gedib Rusiya və Çinlə yaxınlaşacaqlarını müdafiə edib: "Səudiyyə Ərəbistanı ilə əlaqələri kəsmək istəyirəm deyəcək qədər axmaq deyiləm".

DİGƏR XƏBƏRLƏR

Top