İsti bölgə olsa da Mingəçevirə istirahətə gələnlərin sayı artır, çünki...


Kür çayı bu şəhəri iki hissəyə ayırır. Buna baxmayaraq sərinləmək və istirahət üçün Mingəçevirdə çayın rolu çox böyükdür.
Yeniavaz.com xəbər verir ki, yay fəsli girər-girməz Kürün sahilində böyük insan izdihamı müşahidə edilir. Kimi burda ailəsi ilə balıq tutur, kimi sürətli qayıqda və ya gəmidə gəzməyə üstünlük verir. Kiçik balıqları övladının arzusu ilə tutanlar isə, tilovda ovunu çoxda gözləmir.
Hava isti olsa da çaydan gələn sərinlik sanki yayı unutdurur. Böyüklü-kiçikli hərkəs Mingəçevirdə sürətli qayıqlarla, iri gəmilərlə müəyyən məsafə qət etməyə can atırlar. Hətta Sumqayıtdan, Gəncədən, Bərdədən, Göyçaydan və digər, şəhərə yaxın bölgələrdən sakinlər Mingəçevirə axışır.
Əyləncədən doymayan azyaşlılar parkda quraşdırlan atarksiyonlardan, yelləncəklərdən istifadəyə can atırlar. Gənclər isə çayın fonunda müxtəlif rakurslarda foto çəkdirməyə üstünlük verirlər.
Mingəçevir ölkənin əsas enerji mənbəyi, "Nur şəhəri" olmaqla turizm imkanlarına görə də ön sıralarda dayanır. Bir sözlə isti yay günlərində Aran bölgəsinin sakinləri sərinliyi elə bu şəhərdə tapa biləcək.

Esmira  Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top