Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib


Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

Bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib.

Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub.
 

***11:54

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili xüsusi bəyanatla çıxış edəcək.

Bəyanatın yaxın dəqiqələrdə partiyanın mərkəzi ofisində səsləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası, daha sonra isə partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı keçirilib. Hər iki iclasda son günlər ölkədə cərəyan edən proseslər və etirazçıların tələbləri müzakirə olunub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top