Banqladeşdə qatar qəzası - 700 yaralı


Banqladeşdə üstündən qatar keçən körpünün çökməsi nəticəsində 700 nəfər yaralanıb, 7 nəfər isə həyatını itirib.  
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Banqladeşin Silhet şəhərində baş verib. Silhet şəhərindən Dəkkəyə yola düşən qatarın bir neçə vaqonu körpünün çökməsi nəticəsində çaya düşüb. İlkin məlumatlara görə, 7 nəfər həyatını itirib. Hadisə yerinə yüzlərlə təcili yardım cəlb edilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top