Əkrəm İmamoğlu "mazbata"sını nə vaxt alacaq? - RƏSMİ AÇIQLAMA


Türkiyənin İstanbul şəhərində ikinci dəfə keçirilən bələdiyyə seçkilərindən sonra seçicilər üçün vacib məqamlardan biri də Əkrəm İmamoğlunun mandatını (mazbata) nə zaman alacağıdır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Ali Seçki Qurumu YSK-nın (Yüksek Seçim Kurulu) rəhbəri Sadi Güven jurnalistin, "İmamoğluna mandatı nə zaman veriləcək?" sualını cavablandırıb. O bildirib ki, siyasi partiyaların seçkilərin nəticələrinə etiraz hüququ var. Etiraz üçün təyin olunan müddət başa çatdıqdan sonra haqqı olana mandatı təslim olunacaq. Sadi Güvən həmçinin əlavə edib ki, YSK-ya etirazlar iyul ayının 3-ə kimi yerli vaxtala saat 17:00-a kimi (Bakı vaxtı ilə 18:00) edilə bilər.
Xatırladaq ki, ötən gün İstanbulda bələdiyyə seçkiləri yenilənib. CHP namizədi mövcud səslərin 54,20 faizini (4 milyon 740 min 692) toplayaraq İstanbulun yeni bələdiyyə sədri seçilib. Onun ən böyük rəqibi AKP namizədi Binəli Yıldırım isə 44,99 faiz (3 milyon 934 min 896) səs oplaya bilib.

DİGƏR XƏBƏRLƏR

Top