Şamaxıda iki minik avtomobili toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb


Şamaxıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı yolunun Mərzəndiyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Zeynalov Əjdər Xankişi oğlu, gəlini Nüşabə Zeynalova, qızı Elmiyə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top